Niger parlamentinin uşaq alverində ittiham olunan sədri ölkədən qaçıb

Niger parlamentinin uşaq alverində ittiham olunan  sədri ölkədən qaçıb
# 28 avqust 2014 15:00 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Uşaq alverində ittiham olunan Niger parlamentinin sədri Hama Amadou ölkədən qaçıb.

APA - nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Amadou və həyat yoldaşı, kənd təsərrüfatı naziri Abdou Labo daxil olmaqla, 20-yə yaxın şəxs uşaq alverində şübhəli bilinir.

Niger “Tele Sahel” telekanalı Amadounun Burkina-Fasoya qaçdığı barədə xəbər yayıb.

Yeni doğulan körpələrin Nigeriyaya satıldığı, anaların isə bu “sövdələşmə” qarşılığında 200 dollar aldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR