Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 19 sentyabr 2015 08:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin Abay Kunanbayev küçəsi ilə kəsişməsindən Mərkəzi Seçki Komissiyasının binasının qarşısınadək olan hissəsində, Əhməd Rəcəbli küçəsinin isə Cəfər Xəndan və Süleyman Sani Axundov küçələri arasındakı olan hissəsində təmir-tikinti işləri aparılır.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə sözügedən küçələr hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanır.

 

Süleyman Sani Axundov küçəsinin təmir aparılan hissəsinin uzunluğu 1 120 metr, yolun hərəkət hissəsinin eni isə ortalama 13,5 metrdir.

 

Təmir işləri zamanı köhnə asfalt örtüyünün üst qatı qaşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 14 500 kvadrat metr sahəyə yeni asfalt beton örtüyünün döşənməsi planlaşdırılır. Bundan başqa təmir-tikinti işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları də dəyişdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

 

Analoji işlər Əhməd Rəcəbli küçəsinin Cəfər Xəndan və Süleyman Sani Axundov küçələri arasındakı olan hissəsində də aparılır. Burada təmir olunan ərazinin uzunluğu 522 metr, yolun hərəkət hissəsinin eni isə ortalama 13 metrdir. Təmir-tikinti işləri çərçivəsində sözügedən küçənin 6 700 kvadrat metr sahəsinə yeni yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

 

Təmir-tikinti işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR