Saatlıda 24 yaşlı oğlan intihar edib - YENİLƏNİB

Saatlıda 24 yaşlı oğlan intihar edib - <span style="color: red;">YENİLƏNİB
# 22 avqust 2015 11:11 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı-APA. Azərbaycanın Saatlı rayonunda intihar faktı qeydə alınıb.

Saatlı rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumatına görə, gecə saatlarında rayonunun Qıraqlı kənd sakini, 1991-ci il təvəllüdlü Həşimov Mirvasif Mirfayil oğlu özünü asaraq öldürüb. İntiharın hansı səbəbdən baş verməsi araşdırılır.

***

13:45

İsmayıllı. Elvin Yaqubov - APA. İsmayıllı rayonunda evdən qaçan həyat yoldaşının həsrətinə dözməyən kişi özünü asıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü Turişev Valeri Vitalyeviç özünü yaşadığı evin həyətindəki avtomobil qarajından kəndirlə asaraq intihar edib. Bir uşaq atası olan Valeri Turişevin yaxınları onun özünə qəsd etməsinin həyat yoldaşının bir neçə gün əvvəl evdən qaçması ilə bağlı olduğunu bildiriblər. Məlumata görə, evdən qaçan qadın sonradan atası evinə gəlib və həyat yoldaşının yanına qayıtmayıb. V. Turişev bundan təsirlənərək özünə qapanıb və intihar edib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR