Azərpaşa Nemətov Akademik Milli Dram Teatrın bədii rəhbəri - baş rejissor vəzifəsinə təyin edilib

Azərpaşa Nemətov Akademik Milli Dram Teatrın bədii rəhbəri - baş rejissor vəzifəsinə təyin edilib
# 31 avqust 2015 17:37 (UTC +04:00)

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, avqustun 31-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərpaşa Nemətovu teatrın rəhbərliyinə və bədii şura üzvlərinə təqdim edib.

Xatırladırıq ki, Azərpaşa Zəfər oğlu Nemət 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru vəzifəsində fəaliyyətə başlayib. Onun "Ah, Paris, Paris!.." (Elçin), "Mənim sevimli dəlim" (Elçin), "Hamlet" (Uilyam Şekspir), "Boy çiçəyi" (İlyas Əfəndiyev),"Şah Qacar" (Əli Əmirli) tamaşaları teatrsevərlərin rəğbətini qazanib.

Azərpaşa Nemətov Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR