Azərbaycan sığortaçıları avtomobillərin icbari sığortasından 58,5 mln. manat qazanıb

Azərbaycan sığortaçıları avtomobillərin icbari sığortasından 58,5 mln. manat qazanıb
# 01 oktyabr 2015 09:32 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 746 518 müqavilə qeydiyyata alınıb.

Bürodan “APA-Economics”ə verilən xəbərə görə, bunların 132 924-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 58,5 mln. manat təşkil edib.

2014-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 8%, sığorta haqlarının məbləğində isə 13% artım müşahidə edilib. 2015 və 2014-cü illərin yanvar-sentyabr aylarında informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilən 4 icbari sığorta növü üzrə bağlanmış müqavilələrin say və məbləği aşağıdakı kimi olub:

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR