Qvatemalada torpaq sürüşməsi nəticəsində 600 nəfər itkin düşüb

Qvatemalada torpaq sürüşməsi nəticəsində 600 nəfər itkin düşüb
# 03 oktyabr 2015 00:04 (UTC +04:00)

Bakı-APA. Qvatemalanın paytaxtında torpaq sürüşməsi nəticəsində 9 nəfər ölüb, 600 nəfər itkin düşüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bir neçə gün davam edən intensiv yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsi paytaxt Qvatemalada 120 evi məhv edib.

Hazırda hadisə yerində xilasedici tədbirlər həyata keçirilir. Evsiz qalanlar üçün müvəqqəti sığınacaq məntəqələri yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR