İstanbulda “Suriyanın dostları” üsyançılara kömək yollarını müzakirə edir

İstanbulda “Suriyanın dostları” üsyançılara kömək yollarını müzakirə edir
# 20 aprel 2013 21:33 (UTC +04:00)

Bakı-APA. İstanbulda özlərini “Suriyanın dostları” adlandıran 11 ölkənin nümayəndələrinin növbəti görüşü başlayıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Suriya prezidenti Bəşər Əsədə qarşı çıxış edən dövlətlərin XİN rəhbərləri müxalifətə yardım göstərilməsi üçün yeni yollar müəyyən etməyə çalışırlar.

ABŞ dövlət katibi Con Kerrinin üsyançılara gələcəkdə zirehli döyüş maşınları və rabitə vasitələrinin göndərilməsi barədə bəyanat səsləndirəcəyi gözlənilir. “Röyters”in məlumatına görə, Almaniya XİN rəhbəri Qido Vestervelle Suriya müxalifətinin ekstremistlərdən uzaqlaşmalı olduğunu bəyan edib. Vestervelle həmçinin qeyd edib ki, rəsmi Berlin üsyançılara silah göndərilməsi məsələsinə yenə də şübhə ilə yanaşır.

Xatırladaq ki, bir müddət öncə, ABŞ Dövlət Departamenti Suriya müxalifətinin əsas döyüş qabiliyyətli qurumlarından biri olan “Əl Nusra Cəbhəsi”ni terrorçu təşkilatların siyahısına daxil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR