Bakı. Məlahət Nəcəfova-APA. İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Dan Stav Bakıdadır. Səfirlikdən APA-ya verilən məlumata görə, yeni səfir bu gündən vəzifəsinin icrasına başlayıb. O, bu vəzifədə keçmiş səfir Rafael Harpazı əvəz edir.
Qeyd edək ki, 1956-cı il təvəllüdlü Dan Stav bundan əvvəl İsrailin Nepaldakı səfiri olub.