Lənkəran sakini damdan yıxılaraq ölüb

Lənkəran sakini damdan yıxılaraq ölüb
# 07 iyul 2014 07:46 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda bədbəxt hadisə baş verib.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Şıxəkəran kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Əlvan Xudaqulu oğlu Əliyev usta kimi işlədiyi evin damının üstündən müvazinətini itirərək yerə yıxılıb. Onu təcili Lənkəran MRX-a çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR