Polis rəisi “Sumqayıt şəhərindən avtomobillərin çıxışına qadağa qoyulmayıb ”

Polis rəisi “Sumqayıt şəhərindən avtomobillərin çıxışına qadağa qoyulmayıb ”
# 16 sentyabr 2015 14:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Sumqayıt şəhərindən avtomobillərin çıxışına qadağa qoyulmayıb ”.

Bunu APA-ya açıqlamasında Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Bayram Zeynalov deyib. B. Zeynalov bildirib ki, Sumqayıtdan Saray qəsəbəsinə, Ceyranbatana gedən avtomobillərə heç bir qadağa tətbiq olunmur: “Lakin Bakıya getmək istəyən rayon qeydiyyatında olan avtomobillərə Bakıya getmələrinə sentyabrın 15-dən icazə verilmir. Qadağa yalnız bununla bağlıdır ” .

Qeyd edək ki, bir qrup Sumqayıt sakini APA-ya müraciət edərək şəhərin çıxışında yol polisi tərəfindən post qurulduğunu və avtomobillərin şəhərdən çıxışına icazə verilmədiyini bildiriblər.

Onu da qeyd edək ki, sentyabrın 15-i saat 7:00-dan başlayaraq Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən rayon qeydiyyatında olan minik və yük avtomobillərinin Bakıya girişi qadağandır.

Rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmırlar. Onlar şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılırlar. Rayon qeydiyyatında olan avtomobillər gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakıya daxil ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR