Məhkumlara şəxsiyyət vəsiqəsi verilib

Məhkumlara şəxsiyyət vəsiqəsi verilib
# 22 dekabr 2014 14:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara şəxsiyyət vəsiqələrinin təqdim olunması münasibətilə tədbir keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Penitensiar Xidmətin Kadrlar idarəsinin rəisi ədliyyə polkovniki Zaur Əliyev, Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin inspektoru polis mayoru Rəşad Hacıyev və 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Faris Abdullayev tərəfindən şəxsiyyət vəsiqələrini itirmiş, köhnə nümunəli SSRİ pasportu, 9 saylı formada arayış və ya vaxtı keçmiş vəsiqələri olan məhkumlara yeni şəxsiyyət vəsiqələri təqdim edilib.

4 saylı cəzaçəkmə müəssisəsinin məhkumları şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rəhbərliyə öz minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR