Tovuzda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Tovuzda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
# 08 dekabr 2014 08:10 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda 4 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.

Ağstafa rayon sakini, 1991-ci il təvəllüdlü Səlim Rəhimov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü və sərnişinlər - Ağstafa rayon sakini, 1991-ci il təvəllüdlü Roman Nəcəfov, 1989-cu il təvəllüdlü Vüsal Hüseynov və hələlik kimliyi məlum olmayan 30-32 yaşlarında olan qadın müxtəlif bədən xəsarətləri ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər qadının kəllə beyin travması aldığını, hazırda özündə olmadığını bildiriblər.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR