Avropa İttifaqi regional komitәlәri üzvlərindәn ibarәt qrup Azərbaycanda parlament seçkiləri ilə bağlı bəyanat yayıb

Avropa İttifaqi regional komitәlәri üzvlərindәn ibarәt qrup Azərbaycanda parlament seçkiləri ilə bağlı bəyanat yayıb
# 02 noyabr 2015 09:59 (UTC +04:00)

Bakı. Nizam Rzayev - APA. Avropa İttifaqi regional komitәlәri üzvlərindәn ibarәt qrup Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, nümayəndə heyətinin üzvləri səsvermə və səslərin sayılması prosesi ərzində 54 seçki məntəqəsinə baş çəkib.

Nümayəndə heyəti həmin məntəqələrdə seçki prosesinin əsas demokratik standartlar və prinsiplərə müvafiq keçirilməsi qənaətinə gəlib. Nümayəndə heyəti üzvlərinin müşahidələrinə əsasən, bəzi qanun pozuntuları qeydə alınıb. Baş çəkilən seçki məntəqələrində proses yaxşı təşkil olunub. Müxtəlif siyasi partiyalara mənsub olan nümayəndələr heyətinin üzvləri seçkilərin Azərbaycanda demokratiyanın gücləndirilməsi yolundakı irəliləyişə kömək edəcəyinə ümidvar olduğunu bildirib.

Nümayəndə heyəti "Şərq tərəfdaşlığı" çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında daha geniş əməkdaşlıq arzularını ifadə edib: “1 noyabr parlament seçkiləri beynəlxalq təşkilatların seçkilərin təkmilləşdirilməsi sayəsində tövsiyələrinin böyük əksəriyyəti nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq şəffaf və azad keçirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR