Efiopiyalı jurnalistlər “APA Holding”in qonağı olublar - FOTO - VİDEO

Efiopiyalı jurnalistlər “APA Holding”in qonağı olublar - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 08 iyun 2015 12:08 (UTC +04:00)

APA-nın məlumatına görə, I Avropa Oyunları ilə əlaqədar ölkəmizdə səfərdə olan qonaqlar Yanas Tezhome, Yodit Admasu, Zelalem Qulelat, Abebe Bayunu “APA Holding”in Direktorlar Şurasının üzvləri olan Araz Zeynalov və Qabil Abbasoğlu ilə görüşüblər.


Qonaqlara “APA Holding”ə daxil olan media şirkətlərinin fəaliyyəti, habelə I Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə geniş məlumat verilib.


Qonaqlar səmimi söhbətdən razı qalıblar. Onlar son illər Efiopiyanın Azərbaycanla sıx diplomatik əlaqələr qurduğunu qeyd ediblər. Qonaqların sözlərinə görə, son illər bu münasibətlər media sahəsinə də keçib. Artıq Efiopiyada bir neçə Azərbaycan kanalı yayımlanır.


Efiopiyalı jurnalistlər “APA Holding”ə daxil olan media şirkətlərinin əməkdaşları və iş prinsipləri ilə yaxından tanış olublar.


Qeyd edək ki, I Avropa Oyunları bitənədək ölkəmizdə olacaq efiopiyalı jurnalistlərin Şəki, Quba və Qəbələ rayonlarına səfərləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR