Milli Məclis Azərbaycan və Serbiya arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib

Milli Məclis Azərbaycan və Serbiya arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib
# 15 mart 2013 08:43 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan və Serbiya arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyası müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, sənəd barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, bu gün Azərbaycanla Balkan ölkələri arasında sıx əlaqələr mövcuddur və məhz bu münasibətlərin nəticəsi olaraq Serbiya prezidentinin bu yaxınlarda ölkəmizə səfəri zamanı belə bir sənəd imzalanıb.

Saziş heyvanların və heyvan mənşəli məhsulların dövriyyəsinin asanlaşdırılmasını, eyni zamanda yoluxucu heyvan xəstəliklərini, heyvan mənşəli təhlükəli məhsulların daxil olmasının qarşını alınmasını özündə ehtiva edir. Sənəd həmçinin baytarlıq sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir.

Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR