Azərbaycanın Türkiyədəki səfiri Ankarada müalicə olunan yaralı əsgərlərə baş çəkib - FOTO

Azərbaycanın Türkiyədəki səfiri Ankarada müalicə olunan yaralı əsgərlərə baş çəkib - <span style="color: red;">FOTO
# 13 avqust 2014 10:34 (UTC +04:00)

APA-nın məlumatına görə, xəstəxananın baş həkimi tərəfindən əsgərlərin sağlamlıq vəziyyəti, müalicələrinin təsiri barədə diplomatlara məlumat verilib. Hərbiçilərə Allahdan şəfa diləyən səfir Vətənin müdafiəsində göstərdikləri şücaətə görə onlara minnətdarlıq edib.

Azərbaycan əsgərləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Avropa İttifaqı üzrə nazir Mövlud Çavuşoğlu, Böyük Millət Məclisinin deputatı Şuay Alpay və digər rəsmilər, eləcə də ictimaiyyətin bütün təbəqələrini təmsil edən şəxslər tərəfindən də ziyarət olunublar.

Xatırladaq ki, təcavüzkar Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin üç hərbçisi - Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da təyyarə ilə Türkiyəyə müalicəyə gətiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR