Amerikanlar Müqəddəs Valentin gününə 18,6 mlrd. dollar xərcləyəcək

Amerikanlar Müqəddəs Valentin gününə 18,6 mlrd. dollar xərcləyəcək
# 07 fevral 2013 12:57 (UTC +04:00)

Bakı – APA-Economics. Amerikalıların fevralın 14-də qeyd edilən Müqəddəs Valentin günü münasibətilə xərcləri adambaşına 131 dollar təşkil edəcək.

«APA-Economics»in məlumatına görə, ABŞ-ın pərakəndə satış federasiyasının keçirdiyi sorğular göstərib ki, bu, ötən ilki xərclərə nisbətən 3,9% artıqdır – 2012-ci ildə hər bir amerikalı hədiyyələrə 126 dollar xərcləyib.

Qeyd edək ki, Müqəddəs Valentin günü ABŞ-da milad bayramından sonra populyarlığına görə ikincidir və həmin günün qeyd edilməsi üçün istehlak xərclərinin məbləği 18,6 mlrd. dollara çata bilər.

Sorğuda məlum olub ki, amerikalıların 19,7%-i zərgərlik məmulatı (4,4 mlrd. dollarlıq), 51%-i konfet (1,6 mlrd. dollarlıq), 36,6%-i gül (1,9 mlrd. dollarlıq) və s. alacaq. Amerikalıların 40-50%-i hədiyyələri smartfon və planşetlər vasitəsilə axtaracaqlar.

Sorğuda məlum olub ki, rəyi soruşulanların 60%-i Müqəddəs Valentin günü münasibətilə hədiyyələri ailə üzvlərinə, qalanları isə dostlarına, iş yoldaşlarına və saxladıqları ev heyvanlarına alırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR