Zaqatalada 5 yaşlı uşaq dərmandan zəhərlənib

Zaqatalada 5 yaşlı uşaq dərmandan zəhərlənib
# 19 aprel 2013 06:58 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada azyaşlı uşaq dərmandan zəhərlənib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata əsasən, Zaqatala rayonu Muxax kənd sakini 2008-ci il təvəllüdlü, Məmmədov Xəyal Aydın oğlu dərman zəhərlənməsi ilə xəstəxanaya daxil olub. Xəyal Məmmədova ilkin yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Xəyal Məmmədovun vəziyyəti hazırda orta-ağır hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR