Macarıstan polisi qaçqın düşərgəsində iğtişaşı dayandırmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib

Macarıstan polisi qaçqın düşərgəsində iğtişaşı dayandırmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib
# 29 iyun 2015 17:59 (UTC +04:00)

Bakı-APA. Macarıstan polisi Debretsen şəhərindəki qaçqın düşərgəsində iğtişaşı dayandırmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Delmagyar nəşri məlumat yayıb.

Məlumata görə, 100-dək miqrant bu gün düşərgənin yanından avtomobilləri daş-qalaq edib və zibil qutularını yandırıb.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban bundan əvvəl bəyan edib ki, Yunanıstan və İtaliya yox, məhz onun ölkəsi qaçqın axınına məruz qalıb. Məlumata görə, ilin əvvəlindən ölkəyə 60 mindən çox afrikalı miqrant daxil olub. Qanunsuz miqrantların əksəriyyəti Macarıstanın ərazisindən daha çox yardımların verildiyi Avstriya və ya Almaniyaya getmək üçün istifadə etməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR