“British Council”-ın Avropa üzrə regional direktoru Bakı Ali Neft Məktəbində olub

“British Council”-ın Avropa üzrə regional direktoru Bakı Ali Neft Məktəbində olub
# 27 aprel 2015 08:28 (UTC +04:00)

Bakı-APA. “British Council”-ın Avropa üzrə regional direktoru Maykl Börd Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru və İngilis dili və humanitar fənlər mərkəzinin müəllim heyəti ilə görüş keçirib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə “British Council”-ın Azərbaycan üzrə direktoru Elizabet Vayt və digər nümayəndələri iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov BANM və “British Council” arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və bu uğurlu əməkdaşlığın inkişaf perspektivləri barəsində danışıb.

Maykl Börd iki qurum arasında müxtəlif tədris və təhsil layihələri çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib . O, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın gələcək imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR