Fransa hökuməti: ABŞ kəşfiyyatının Fransa prezidentlərini izləməsi tərəfdaşlıq münasibətlərinə ziddidir

Fransa hökuməti: ABŞ kəşfiyyatının Fransa prezidentlərini izləməsi tərəfdaşlıq münasibətlərinə ziddidir
# 24 iyun 2015 12:32 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Fransa prezidenti Fransua Ollandın çağırdığı təcili toplantıdan sonra Fransa hökumətinin nümayəndəsi Stefan Le Fol bəyan edib.

Qeyd edək ki, “WikiLeaks” saytı ABŞ xüsusi xidmət orqanlarının Jal Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefon danışıqlarını dinlədiyini sübut edən sənədlərə malik olduğunu iddia edib.

ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays isə bu iddiaları rədd edib. O bildirib ki, Fransa prezidentinin telefonu heç vaxt ABŞ kəşfiyyatının hədəfində olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR