Qubada tarixi abidə təmir olunacaq - FOTO

Qubada tarixi abidə təmir olunacaq - <span style="color: red;">FOTO
# 27 oktyabr 2015 13:40 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Quba rayonunda yerləşən 18-ci əsrin sonu 19-cu əsrin əvvəllərində inşa olunan “Gümbəzli hamam” tarixi abidəsinin təmirə ehtiyacı var. Quba rayon turizm və mədəniyyət şöbəsindən APA-ya verilən məlumata görə, tarixi abidə 1986-1987-ci illərdə restavrasiya olunub. 1985-ci ilə qədər tarixi abidə hamam kimi fəaliyyət göstərib.

Şöbədən bildirilib ki, abidənin bərpasını həyata keçirmək istəyən qeyri-hökumət təşkilatının nümayəndələri Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirib. Təmir olunduqdan sonra “Gümbəzli hamam”ın təyinatı üzrə istifadə edilməyəcək. Burada Quba rayonunun sənətkarlarının əl işləri sərgilənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR