Kukla Teatrında “Oyaq gözəl” tamaşasının premyerası keçiriləcək

Kukla Teatrında “Oyaq gözəl” tamaşasının premyerası keçiriləcək
# 28 oktyabr 2015 13:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən əmlumata görə, tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında eyniadlı tamaşa hazırlanır.

Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan və komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubdadır.

Noyabrın sonuncu həftəsində premyerası reallaşacaq tamaşanın bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.

Tamaşada əsas rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnarə Hacıyeva, Elnur Xəlilov, Cavid Telman və Araz Həsənov ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR