Masallıda Milli Mətbuat Günü qeyd olunub - FOTO

Masallıda Milli Mətbuat Günü qeyd olunub  - <span style="color: red;">FOTO
# 22 iyul 2014 18:05 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Bu gün Milli Mətbuat Günü münasibətilə Masallıda tədbir keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə aparıcı informasiya agentliklərinin, qəzetlərinin və telekanalların bölgə müxbirləri, regional qəzetlərin baş redaktorları, yerli qəzetin əməkdaşları, rayonun ziyalıları və ağsaqqalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə rayonun görməli yerlərini gəzərək, Masallıda gedən tikinti-abadlıq işləri, yol çəkilişi, Böyük Kolatan kənd tam orta məktəbinin və Kolatan kənd uşaq bağçasının tikintisi ilə tanış olublar. Daha sonra tədbir Masallının tanınmış istirahət mərkəzlərindən olan “Nağıl dünyası” ailəvi istirahət mərkəzində davam etdirilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edərək, onlara yaradıcılıq uğurları arzulayıb. İcra başçısı Masallıda gedən tikinti-abadlıq və quruculuq işləri, yeni yaradılacaq infrastruktur layihələri və açılacaq iş yerləri barədə məlumat verib.

Jurnalistlər isə öz növbəsində onların peşə fəaliyyətinin yerinə yetirilməsi üçün yaradılmış şəraitə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR