Hakerlər "Google" korporasiyasının baş direktorunun akkauntunu ələ keçirib

Hakerlər "Google" korporasiyasının baş direktorunun akkauntunu ələ keçirib
# 27 iyun 2016 13:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "OurMine" haker qrupunun üzvləri "Google" korporasiyasının baş direktoru Sundar Piçayın populyar sual-cavab xidməti olan "Quora"dakı akkauntunu ələ keçirib.

"APA-Economics" "TheNextWeb" nəşrinə istinadən xəbər verir ki, hakerlər "Quora" üzərindən S. Piçayın "Twitter" sosial şəbəkəsindəki hesabında bir neçə sual dərc edə bilib. Hazırda bütün paylaşımlar silinib.

"OurMine" üzvləri isə bildiriblər ki, onlar yalnız akkauntların təhlükəsizliyini sınaqdan keçirir və mövcud şifrləri heç vaxt dəyişmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR