BMT: Avqusta 1300-dən çox iraqlı döyüşlərin və terror aktlarının qurbanı olub

BMT: Avqusta 1300-dən çox iraqlı döyüşlərin və terror aktlarının qurbanı olub
# 01 sentyabr 2015 19:17 (UTC +04:00)

Bakı-APA. İraqda avqust ayı ərzində 1300-dən çox iraqlı döyüşlərin və terror aktlarının qurbanı olub, 1800-dən çox adam isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, bu barədə BMT-nin İraqdakı missiyasının (UNAMI) hesabatında bildirilir.

Məlumata görə, ölənlərdən 585 nəfəri dinc sakindir. Qeyd olunan müddət ərzində azı 1103 nəfər dinc sakin yaralanıb. Avqustda İraq təhlükəsizlik orqanlarının və kürd silahlı birləşmələrinin 740 üzvü həlak olub, 708 nəfəri isə yaralanıb.

Əvvəllər olduğu kimi, ən çox ölən və yaralananlar paytaxt bölgədə qeydə alınıb: müvafiq olaraq 318 və 751 nəfər. Qurbanların sayının çoxluğuna görə ikinci yerdə Diyala (108 ölü), üçüncü yerdə isə Naynava (69) əyalətidir. Anbar əyalətində 39 dinc sakin ölüb, 148 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR