Mayın 31-də Azərbaycanda 36 dərəcəyədək isti olacaq - VİDEO

Mayın 31-də Azərbaycanda 36 dərəcəyədək isti olacaq - <span style="color: red;">VİDEO
# 30 may 2015 09:33 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq, şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21, gündüz 28-33 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, ölkə ərazisində qeydə alınan havanın temperaturu iqlim normasından yuxarıdır. Onun sözlərinə görə, bu gün havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR