Zlatan İbrahimoviç Bakıya gəlir

Zlatan İbrahimoviç Bakıya gəlir
# 01 iyun 2015 10:20 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyənin “Cumhuriyet” qəzeti xəbər yayıb.

Təcrübəli futbolçu artıq İsveçdən İstanbula gəlib.

Adı “Qalatasaray”la birgə hallanan tanınmış simanın Türkiyəyə gəlişi “sarı-qırmızılılar”ın azarkeşlərini həyəcanlandırıb. İstanbul klubunun fanatları İbrahimoviçin müqavilə imzalamaq üçün Türkiyəyə gəldiyini güman ediblər. Ancaq sonradan məlum olub ki, İbrahimoviç Bakıya gəlmək üçün İstanbul hava limanında görünüb.

İsveç-İstanbul-Bakı reysi ilə hərəkət edən İbrahimoviçin bu gün Bakıda olacağı gözlənilir. Hələlik isveçlinin paytaxtımıza səfərinin səbəbi açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR