"Əsgər atası" filminin rejissoru Rezo Çxeidze vəfat edib

"Əsgər atası" filminin rejissoru Rezo Çxeidze vəfat edib
# 04 may 2015 07:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Məşhur gürcü rejissor Rezo Çxeidze vəfat edib.

APA-nın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, rejissor mayın 3-də 89 yaşında Tiflisdə dünyasını dəyişib. “Rustavi 2” kanalı bildirib ki, rejissor uzun müddətdir, müxtəlif xəstəliklərdən əziyyət çəkirmiş.

Qeyd edək ki, R. Çxeidze 1926-cı il dekabrın 8-də Kutaisidə anadan olub. 1943-1946-ci illərdə Rustaveli Teatr İnstitutunda təhsil alıb. R. Çxeidze 1996-cı ildə Gürcüstan SSRİ-nin xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.

O, “Əsgər atası”, “Pöhrələr”, “Məsihin məzarındakı şam”, “Burda dan sökülür” və s. filmlərin müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR