Romada Kerri ilə Lavrov arasında görüş keçiriləcək

Romada  Kerri ilə Lavrov arasında görüş keçiriləcək
# 13 dekabr 2014 02:44 (UTC +04:00)

Bakı-APA. Dekabrın 15-də Romada ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olacaq.

APA-nın İTAR-TASS agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Mari Harf bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri Yaxın Şərqdəki vəziyyəti və İsrail-Fələstin münaqişəsinə dair BMT-nin son təşəbbüslərini müzakirə edəcəklər. Gündəmdə həmçinin Ukrayna böhranı və Suriya məsələsi də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR