Arvadını uşaqlarının gözü qarşısında qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Arvadını uşaqlarının gözü qarşısında qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 01 iyun 2015 09:43 (UTC +04:00)

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə iyunun 8-nə təyin edilib.

Qeyd edək ki, Q. Kazımov münaqişə zəminində həyat yoldaşı Nuranə Məmmədovanın (ad və soyad şərtdir) başını və cinsiyyət orqanını kəsərək qətlə yetirib. Hadisə vaxtı onların iki azyaşlı uşaqları evdə olublar. Aparılan araşdırmalar zamanı cütlüyün bir müddət əvvəl boşandığı, lakin eyni evdə yaşadığı məlum olub. Hadisədən əvvəl Q. Kazımov uşaqları digər otaqda çarpayıya bağlayıb, sonra isə arvadını öldürüb. Q. Kazımov hadisəni törətdikdən sonra bıçaqla damarlarını kəsərək intihar etmək istəyib. Lakin onun həyatını xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR