Azərbaycanın dövlət bayrağından düzgün istifadə qaydalarına riayət olunmalıdır - FOTO - VİDEO

Azərbaycanın dövlət bayrağından düzgün istifadə qaydalarına riayət olunmalıdır - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 01 iyun 2015 09:34 (UTC +04:00)

Çünki bəzən dövlət bayrağından istifadə zamanı yanlışlıqlara yol verilir.

APA-nın məlumatına görə, Azərbaycanda dövlət bayrağından istifadə qaydaları barədə qanunvericilik bazası yaradılıb.

2004-cü ildə “Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun qəbul edilib. 2005-ci ildə Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları” təsdiq olunub. 2013-cü ildə isə Nazirlər Kabineti “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərar qəbul edib.

Beləliklə, mərasimlər və digər təntənəli tədbirlər zamanı dövlət bayrağımız digər dövlətlərin, beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxanda Azərbaycan Respublikasının dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır. (Foto 1)

Dövlət bayrağı ya bayraq dirəyinin, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır. Bu zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır. (Foto 2)

Dövlət bayrağı binanın divarına dirəksiz şaquli vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə onun mavi zolağı qarşıdan baxarkən sol tərəfdə yerləşməli, ayla ulduz isə üzü aşağı olmalıdır. (Foto 3)

Dövlət bayrağı binanın divarına dirəksiz üfüqi vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə mavi zolaq qarşıdan baxarkən yuxarıda olmalı, ayla ulduz isə sağ tərəfə baxmalıdır. (Foto 4)

Kiçik ölçülü dövlət bayrağı masaların, kürsülərin üstündə xüsusi oturacağı olan şaquli milə bərkidildikdə və yaxud əldə tutulduqda da mavi zolaq yuxarıda yerləşməlidir. (Foto 5, 6)

Dövlət bayrağı tribunalarda tamaşaçıların, yürüşlərdə iştirakçıların və qalib idmançıların əllərində üfüqi vəziyyətdə dirəksiz tutularkən də mavi zolaq yuxarıda olmalıdır. (Foto 7,8)

Azərbaycan Respublikasının dövlət bayrağından düzgün istifadə edilməsi hər kəsin vətəndaşlıq borcudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR