Bakı sakini faciəli şəkildə ölüb

Bakı sakini faciəli şəkildə ölüb
# 02 aprel 2015 10:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı sakini faciəli şəkildə ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 1-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Vidadi Əlimanov özünə məxsus “Mercedes” markalı avtobusun qabaq şüşəsini təmizləyərkən avtobus hərəkətə gəlib və nəticədə o, avtobusla hasarın arasında qalaraq dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR