DSX akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibəti ilə tədbir keçirib

DSX akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibəti ilə tədbir keçirib
# 28 aprel 2015 09:07 (UTC +04:00)

Bakı - APA. Aprelin 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci il dönümü münasibəti ilə tədbir keçirilib.

DSX-nın mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, əvvəlcə Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə Əliyevanın məzarını ziyarət edərək abidənin önünə tər çiçək dəstələri düzüblər.

Daha sonra tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Aparatında Z. Əliyevanın həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlardan ibarət sərgiyə baxıblar.

Tədbirin rəsmi hissəsində çıxış edənlər Z. Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan, tibb elminin inkişafındakı misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Z. Əliyevanın yüksək daxili mədəniyyəti, elmə sədaqəti, gördüyü işlər xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.

Tədbirin sonunda Z. Əliyevaya həsr olunmuş sənədli film nümayiş etdirilib.

Akademik Zərifə Əliyevanın adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tərəfindən ənənəyə sadiq olaraq Dövlət Sərhəd Xidmətinin Akademiyasının zabit-gizir, professor-müəllim və kursant heyətinin göz müayinəsi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR