Prezident İlham Əliyev İsmayıllı Olimpiya İdman Kompleksində təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev İsmayıllı Olimpiya İdman Kompleksində təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub
# 10 avqust 2016 20:13 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev avqustun 10-da İsmayıllı rayonundakı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

APA-nın məlumatına görə, kompleksdə əsaslı təmir işlərinə dövlətimizin başçısının tapşırıqlarına əsasən, 2015-ci ilin martından başlanılıb. Ərazisi 7,5 hektar olan kompleksin həyətində 936 yerlik süni örtüklü futbol meydançası, tennis kortu, ikimərtəbəli dörd yerlik üç kottec, basketbol və voleybol meydançaları inşa olunub. Kompleksin 510 yerlik əsas idman zalı müasir avadanlıqla təchiz edilib.

Məlumat verilib ki, burada müxtəlif yerli və beynəlxalq əhəmiyyətli yarışları yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Kompleksin üzgüçülük hovuzu da müasir səviyyəyə çatdırılıb. İkimərtəbəli əsas binada soyunub-geyinmə otaqları, mini futbol meydançası, müxtəlif tədbirlərin keçirilməsi üçün zal və digər inzibati otaqlar da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR