MDB xüsusi xidmət orqanlarının rəhbərləri İŞİD-ə qarşı mübarizəni müzakirə edəcəklər

MDB xüsusi xidmət orqanlarının rəhbərləri İŞİD-ə qarşı mübarizəni müzakirə edəcəklər
# 26 may 2015 00:28 (UTC +04:00)

Bakı-APA. Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərinin görüşü keçiriləcək.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, görüş İŞİD terror qruplaşması tərəfindən irəli gələn mümkün təhdidlərə həsr olunacaq.

Xüsusi xidmət orqanlarının rəhbərləri, İŞİD daxil olmaqla, terrorizm və ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildiriblər ki, tədbirdə həmçinin MDB ölkələrinin 2014-2016-ci illərdə antiterror sahəsindəki əməkdaşlıq proqramı müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR