Binəqədi rayon Polis İdarəsinin saxlanma yerində monitorinq keçirilib

Binəqədi rayon Polis İdarəsinin saxlanma yerində monitorinq keçirilib
# 15 fevral 2013 12:20 (UTC +04:00)

Bakı-APA. Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Binəqədi Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanma yerinə (MSY), həmin idarənin 4-cü polis bölməsinə qısamüddətli başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələrin məqsədi bu müəssisələrdə saxlanılma şəraiti, rəftar və sənədləşmənin araşdırılması olub.

MSY-nin standartlara uyğun olması müəyyən edilib. Burada qəbul olunmuş saxlanılan şəxslər müəssisə əməkdaşlarının onlara qarşı rəftarından və saxlanılma şəraitindən şikayət etməyib, habelə sənədləşmədə pozuntular aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR