Qarabağ, Dilbaz at cinslərinin inkişaf etdirilməsi və digər məqsədlər üçün Kənd Təsərrüfatı Nazirliyinə pul ayrılıb

Qarabağ, Dilbaz at cinslərinin inkişaf etdirilməsi və digər məqsədlər üçün Kənd Təsərrüfatı Nazirliyinə pul ayrılıb
# 21 avqust 2015 15:24 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyinə prezidentin ehtiyat fondundan 5,8 milyon (beş milyon səkkiz yüz min) manat, o cümlədən Respublika Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üzrə işlərin başa çatdırılması və mərkəzin zəruri avadanlıqlarla təchiz edilməsi üçün 2,8 milyon (iki milyon səkkiz yüz min) manat, Qarabağ atı cinsinin inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin yekunlaşdırılması üçün 1,5 milyon (bir milyon beş yüz min) manat və Dilbaz atı cinsinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR