Türkiyənin ASELSAN şirkəti minaatanların yerini təyin edən radarı testdən keçirib - FOTO

Türkiyənin ASELSAN şirkəti minaatanların yerini təyin edən radarı testdən keçirib - <span style="color: red;"><b>FOTO</b>
# 11 noyabr 2014 10:16 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Türkiyənin ASELSAN şirkəti düşmənin minaatan və toplarının yerləşdiyi koordinatları yüksək dəqiqliklə təyin edən radar hazırlayıb. ASELSAN-dan APA-ya verilən məlumata görə, bu yaxınlarda testlərini bitirən «Sərhəd» adlı səyyar minaatan təsbit radarı Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub. Radar testlərdə yüksək dəqiqlik nümayiş etdirərək minaatanların atış nöqtələrini tez bir zamanda təyin edib.

ASELSAN nümayəndələrinin APA-ya verdikləri məlumata görə, radar ilk atışda düşmən minaatanların yerini və mərminin düşəcəyi nöqtəni təyin edir. Radar həm tripod üzərində, həm də müxtəlif nəqliyyat vasitələrinin üzərində qurula bilir. Radarın yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələri üçün də təqdimatının keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR