Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan Tibbi Elmlər İnstitutunun doğum şöbəsində baş verən yanğında 15 körpənin ölümü ilə bağlı Pakistana başsağlığı verib.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında başsağlığı mesajı yayımlanıb.
Mesajda baş verən faciəvi yanğının dərin kədər hissi doğurduğu bildirilib, həlak olanların ailələrinə başsağlığı verilib, Pakistan hökuməti və xalqı ilə həmrəylik ifadə olunub.