Bank Of Baku

Rusiyanın Əməkdar elm xadimi Məmməd Əliyev Mehriban Əliyeva təbrik məktubu ünvanlayıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

© APA | Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

# 26 avqust 2026 19:57 (UTC +04:00)

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, “Dostluq”, “Şöhrət” və “Şərəf” ordenləri laureatı, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilmiş, Rusiya Federasiyasının dövlət və hökumət mükafatları laureatı, Rusiyanın Əməkdar elm xadimi və “Dostluq” ordeni laureatı Məmməd Əliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Çox hörmətli Mehriban Arif qızı.

Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Bu gün Sizə sonsuz hörmətimi və dəyərli şəxsiyyətinizə, doğma Azərbaycana yorulmaz xidmətinizə səmimi heyranlığımı ifadə etmək üçün gözəl fürsətdir.

Sizin həyat yolunuz ən yüksək peşəkarlığın, müdrikliyin və mənəvi səxavətin ahəngdar vəhdətinin heyrətamiz nümunəsidir. Heydər Əliyev Fondunun prezidenti vəzifəsində zəngin mədəni irsin qorunmasına və genişmiqyaslı sosial proqramların həyata keçirilməsinə yönəlmiş fəaliyyətiniz Sizə xalqın dərin ehtiramını və sevgisini qazandırmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və birinci xanımı kimi Siz ləyaqətin, məsuliyyətin və ölkənin gələcəyinə yorulmaz qayğının təcəssümüsünüz. Sizin enerjiniz və quruculuq səyləriniz Azərbaycan dövlətçiliyinin inkişafı və onun beynəlxalq nüfuzunun möhkəmləndirilməsi üçün sarsılmaz təməl rolunu oynayır.

İcazə verin, bu əlamətdar gündə Sizə və yaxınlarınıza möhkəm cansağlığı, yaradıcılıq uğurları, tükənməz enerji, xoşbəxtlik və firavanlıq arzulayım. Qoy bütün nəcib təşəbbüsləriniz və planlarınız uğurla həyata keçsin, insanlara bəxş etdiyiniz sevgi və qayğı Sizə qat-qat artıq qayıtsın. Sizə, Sizin böyük və gözəl ailənizə sülh, firavanlıq arzulayıram".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR