Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü İlham Güləliyevdən 3 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.