Şəkidə sel nəticəsində sıradan çıxan kəndi yolu bərpa olunub

Şəkidə sel nəticəsində sıradan çıxan kəndi yolu bərpa olunub
# 15 iyul 2016 09:27 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İki gün bundan öncə Şəki rayonunda sel sularının təsirindən yuyularaq sıradan çıxan Cunut kəndinin yolu bərpa olunub.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, dağlara yağan aramsız leysan yağışları nəticəsində Biləcik çayına gələn güclü sel səbəbi ilə sözügedən kəndə gediş-gəliş çətinləşmişdi. Dərhal əraziyə ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddət ərzində sel suları nəticəsində yuyularaq sıradan çıxmış yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, son aylar ərzində intensiv yağıntılar və sel suları nəticəsində Daşkəsən, Gədəbəy, Qazax, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəki və digər rayonlarda avtomobil yollarına ziyan dəyib, Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Qobustan, Şamaxı rayonları ərazisindən keçən hissəsində, Ağsu dolaylarında, Muğanlı - İsmayıllı, Lənkəran - Lerik, Masallı – Yardımlı, Basqal-Sulut və digər avtomobil yollarında torpaq sürüşmələri daha da aktivləşdiyindən nəqliyyat vasitələrinin hərəkətində qısa müddətli problemlər yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR