AMİP-də qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb

AMİP-də qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb
# 13 aprel 2015 12:55 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının iclası keçirilib.

AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Milli Məclisə seçkilərdə partiya olaraq iştirak etmək barədə ilkin qərar qəbul edilib, seçkilərə nəzarətin birgə təşkili, bəzi seçki dairələri üzrə daha şanslı namizədlərin müdafiəsi ilə əlaqədar digər partiyalarla müzakirələr aparılması və əməkdaşlıq barədə sazişlərin imzalanması məqsədəmüvafiq sayılıb.

İclasda AMİP-in XI qurultayının çağırılması ilə bağlı məsələ də müzakirə edilib və Siyasi Şurada AMİP baş katibi Arzuxan Əlizadənin rəhbərliyi ilə qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsinin formalaşdırılması barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR