Azərbaycana gətirilən avtomobillərin həcmi bir ildə 43% azalıb

Azərbaycana gətirilən avtomobillərin həcmi bir ildə 43% azalıb
# 17 mart 2015 13:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 511 ədəd avtomobil idxal olunub.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 651 avtomobil və ya 42,9% azdır. Bu ilin yanvar ayı ilə müqayisədə isə 3 421 ədəd avtomobil və ya 83,6% çoxdur.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 119 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 7 031 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 339 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 22 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR