Tovuzda oğurluq etmək istəyən şəxsi elektrik cərəyanı vurub

Tovuzda oğurluq etmək istəyən şəxsi elektrik cərəyanı vurub
# 18 iyun 2016 11:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Tovuz rayonunda oğurluq etmək istəyən şəxsi elektrik cərəyanı vurub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 17-də Tovuz rayon sakini Vüqar Niyazov dəmir yolu stansiyasının ərazisindən elektrik xəttini kəsib oğurlamağa cəhd göstərərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR