Naxçıvan regional bağlantıların gücləndirilməsi baxımından böyük potensiala malikdir.
APA xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman "X"də bildirib.
"Dəmir yolları, nəqliyyat infrastrukturu və Orta Dəhliz Britaniya-Azərbaycan əməkdaşlığı üçün yeni imkanlar yaradır. Bu imkanları reallaşdırmaq üçün birgə çalışmağı səbirsizliklə gözləyirəm!", - deyə səfir əlavə edib.