Oqtay Şirəliyev Lənkəranda vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev Lənkəranda vətəndaşları qəbul edəcək
# 27 avqust 2015 08:57 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Səhiyyə naziri Oqtay Şirəliyev avqustun 28-də Lənkəran Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, O. Şirəliyev Lənkəranla yanaşı Astara, Masallı, Lerik rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR