Bakı-Şamaxı yolunda baş verən yol qəzasında sürücü ölüb

Bakı-Şamaxı yolunda baş verən yol qəzasında sürücü ölüb
# 13 dekabr 2014 13:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bakı-Şamaxı avtomobil yolunun 50-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Shacman” markalı yük avtomobili ilə “Opel” markalı minik avtomobili ilə toqquşub.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Xilasedicilər deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyiti çıxarıb və aidiyyatı üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR