Külli miqdarda əmlakın ələ keçirilməsi faktı üzrə cinayət işi baxılmaq üçün məhkəməyə göndərilib

Külli miqdarda əmlakın ələ keçirilməsi faktı üzrə cinayət işi baxılmaq üçün məhkəməyə göndərilib
# 15 oktyabr 2014 09:02 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vətəndaş Əlican Səfərovun qanunsuz hərəkətlərinə dair Bakı Apellyasiya Məhkəməsinin xüsusi qərardadı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı Əlican Səfərovun “Polymer-Trade Ltd” şirkəti ilə “Azərikimya” Dövlət Şirkətinin “Etilen-Polietilen” zavodu arasında bağlanmış müqaviləyə uyğun olaraq alıcı “Polymer-Trade Ltd” şirkətinin məlumatı olmadan şirkətin adından saxta etibarnamə ilə hazırladığı sifariş məktublarından istifadə edərək müxtəlif dövlətlərdə yerləşən şirkətlərə 221 min 450 manat dəyərində 215 ton yüksək təzyiqli polietilen məhsullarının göndərilməsini və satılmasını təmin etməklə “Polymer-Trade Ltd”-yə məxsus külli miqdarda əmlakın dələduzluq yolu ilə ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma), 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq zamanı ziyanın ödənilməsi qismən təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR